“OPEK və OPEK+ ölkələrinin neft hasilatının azaldılması barədə razılaşmanın müddətinin 9 ay uzadılması barədə razılığa gəlməsi gözlənilən idi və əvvəlcədən proqnozlaşdırılmışdı”. Bu fikirləri SİA-ya açıqlamasında İqtisadçı-ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, hazırda neftin dünya bazar qiymətlərinin bahalaşması üçün iqtisadi əsaslar mövcud deyil.
Onun sözlərinə görə, dünya bazarında neft təklifi tələbi üstələdiyi üçün, əgər bazar tənzimlənməsə qiymətlərin enməsi labüddür: “ Sadəcə, dünya neft bazarına təsir edən amillər sırf iqtisadi xarakterli olmadığına görə qiymətlər bir çox hallara reallıqdan çox fərqli diapazonda dəyişir. Bu artıq uzun illərdir ki, belədir və yəqin ki, yaxın illərdə belə də qalacaq. Bu baxımdan neft hasilatının azaldılması istiqamətində qəbul edilən qərar qeyri-adi qəbul edilməməlidir”.
P.Heydərov qeyd edib ki, 2016-cı ildən ABŞ-la ən böyük neft hasilatçı olan Səudiyyə Ərəbistanı arasında olan fikir ayrılığı neftin qiymətini məqbul həddə saxlamaq üçün imkandır: “Hesab edirəm ki, Səudiyyə neftin qiymətinin yalnız bu il deyil, növbəti il ərzində də 60 dollar civarında dəyişməsinə şərait yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB