Yanvar ayında BTC kəməri ilə 2,9 milyon ton Azərbaycan nefti nəql olunub

Yanvar ayında BTC kəməri ilə 2,9 milyon ton Azərbaycan nefti nəql olunub

2011-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2,9 milyon ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, BTC istifadəyə verilən gündən 2011-ci il fevral ayının 1-ə qədər kəmərlə 146,5 milyon ton neft ötürülüb. Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 225 min 142 ton Türkmənistan nefti nəql olunub. Dövrün əvvəlindən isə bu göstərici 1 milyon 496 min 713 ton təşkil edib.

Eyni zamanda cari ilin yanvar ayı ərzində 2,5 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin fevral ayının 1-ə qədər Ceyhan limanından 144,4 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə