“Azərikimya” İstehsalat Birliyində cari ilin “Beynəlxalq kimya ili” elan olunması ilə əlaqədar tədbirlər planı hazırlanıb
2011-ci ilin YUNESKO tərəfindən "Beynəlxalq kimya ili" elan olunması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində silsilə tədbirlər planı hazırlanıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər proqramına respublikanın görkəmli kimyaçı alimlərinin və gənc kimyaçıların iştirakı ilə Biznes Forumun təşkili, Birlik müəssisələrinin əməkçiləri arasında "peşəkar kimyaçı" adı uğrunda yarış-müsabiqənin, məktəblər arasında "Yeni kimya şəhəri–Sumqayıt" mövzusunda debatların, "Kimyanın mənim həyatımda rolu" adlı tədbirin, Sumqayıt məktəblərində kimya olimpiadalarının, kimya sənayesi müəssisələri üzrə geniş idman spartakiadasının keçirilməsi daxildir.
"Azərbaycan kimyası və Sumqayıt""adlı sənədli filmin çəkilişi, eyniadlı bukletin və poçt markalarının hazırlanması, tanınmış kimyaçı alimlər və veteran kimyaçılar haqqında kitabın nəşr olunması, "Azərikimya" müəssisələrində istehsal olunan məhsulların bilbordlarının hazırlanaraq şəhərin müxtəlif məntəqələrində yerləşdirilməsi, kimya müsabiqələrində yüksək göstəricilərə nail olmuş orta məktəblərdə mini-kimya laboratoriyalarının yaradılması, "Kimyaçılar parkı"nın salınması da Birliyin tədbirlər planına daxil edilib.
"Beynəlxalq kimya ili" çərçivəsində "Azərikimya" İB-nin Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər təhsil və səhiyyə şöbələri, Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz və Sumqayıt Dövlət Universitetləri ilə birgə digər tədbirlərin də hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə