Latviyanın “AirBaltic” Hava Yolları Şirkəti 120 min avro cərimə ödəyəcək
Litva məhkəməsi Latviyanın “AirBaltic” Hava Yolları Şirkətinin sərnişinlərinə 120 min avro məbləğində kompensasiya ödəmək barədə qərar qəbul edib. Sərnişinlərin haqlarını “Skycop” şirkəti müdafiə edib.
SİA xəbər verir ki, 2018-ci ildə şirkətin fəaliyyəti ilə bağlı açılan 200 məhkəmə işi yekunlaşıb. Məhkəmə prosesləri hazırda Latviya və Polşada da davam edir. Şikayətlər əsasən gecikmiş, ləğv edilmiş və artıq bronlaşdırılmış reyslərdə hüquqları tapdalanmış sərnişinlərdən daxil olub.
Skycop aviareyslər zamanı sərnişinlər tərəfdən gələn şikayətləri qəbul edərək hüquqları bərpa edir. Hazırda o həmçinin Ryanair, Swiss Air Lines, Iberia, Vueling, Enter Air, Smartwings Poland, Ukraine International Airlines kimi şirkətlərlə bağlı daxil olan şikayətləri də araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB