Ət idxalı 24% artıb

Azərbaycan cari ilin yanvar-aprel aylarında 23,797 mln. ABŞ dolları dəyərində 16,678 min ton ət idxal edib. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 4,439 mln. dollar (22,9%) və 3,212 min ton (23,85%) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə