Natiq Əliyev: “Azərbaycan və Yunanıstan arasında ötən il ticarət dövriyyəsi 160 milyon dollar olub”
"Azərbaycan və Yunanıstan arasında ötən il ticarət dövriyyəsi 160 milyon dollar olub". SİA-nın məlumatına görə, Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev İqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın növbəti -üçüncü iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, cari ildə əldə olunan məbləğin 140 milyon dollarından çoxu Azərbaycanın payına düşür. O qeyd edib ki, bu il ərzində ötən il əldə olunan vəsaitin artırılması nəzərdə tutulur.
Xatırladaq ki, bu gün Bakıda İqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın üçüncü iclası keçirilir. İclas çərçivəsində Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelisin rəhbərli altında nümayəndə heyəti Bakıda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB