"e-KOB evi" portalı yaradılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "e-KOB evi" portalı yaradılacaq. SİA xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

“Portalda vahid platforma üzərindən sahibkarlara xidmətlərin göstərilməsi təmin ediləcək. Portalın yaradılması istiqamətində müvafiq işlər görülür ", - deyə o bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə