Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar geriləyərək 74,19 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar ucuzlaşaraq 64,92 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar artaraq 77,23 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...