Açıqlandı: Azərbaycan Livana fındıq ixrac edəcək

Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək. Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan 25-dən çox ölkəyə fındıq ixrac edir və onların sırasına daha biri də əlavə olunub.

İ.Orucov qeyd edib ki, ölkəmiz 2018-ci ildə xaricə 20 min tona yaxın fındıq tədarük edib: “Fındığın əsas mövsümü sentyabrda olsa da, illik hesabat dekabr-yanvar aylarında baş tutur. Mövsüm bitmədiyi üçün hələ də ixrac davam etməkdədir”.

Sədr bildirib ki, Azərbaycanın ən çox fındıq ixrac etdiyi ölkələr Rusiya, İtaliya və Almaniyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə