“Azərişıq” ASC xəbərdarlıq edir

“Azərişıq” ASC xəbərdarlıq edir

Bu gün elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. SİA “Azərişıq” ASC-nin məlumatına istinadən xəbər verir ki, bu gün (12.04.2019-cu il tarixində) saat-12.30-dan 16-00-dək 110 kv-luq 5-ci Xırdalan hava EVX-i və 110/35/6 kv-luq 137 saylı Yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə