Portal məlumatların ictimaiyyətdə, KİV-də yayılmasını təmin etmək məqsədi daşıyır
Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. SİA xəbər verir ki, bu sözləri "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalının təqdimatında çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev deyib.
O, öz çıxışında qeyd edib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB