İdarəetmə elektron qaydada həyata keçiriləcək

İdarəetmə elektron qaydada həyata keçiriləcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az Portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. SİA xəbər verir ki, bu sözləri "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalının təqdimatında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. O, eyni zamanda diqqətə çatdırıb ki, bundan əlavə, Azrqnking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və həmçinin, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar da mövcuddur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə