Cari ilin yanvar-fevralında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 188,1 milyon manat dəyərində məhsul istehsal edilib.
SİA Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,2 dəfə, içki istehsalında 36,7 faiz, qida məhsullarının istehsalında isə 31,3 faiz artım müşahidə olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 8,7 faiz, şirin peçenye istehsalı 2,4 dəfə, duz istehsalı 38,5 faiz artıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB