Azərbaycanın tikinti materialları “MosBuild 2019” sərgisində

Azərbaycanın tikinti materialları “MosBuild 2019” sərgisində

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 2-5 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.

SİA İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sərgidə 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək.

Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə