"Potensialımızı birləşdirərək maliyyə və bank sahəsində yeniliklər əldə edə bilərik". SİA xəbər verir ki, bunu Azərbaycan-İran Biznes və İnvestisiya Forumunda çıxışı zamanı İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan hava nəqliyyatı sahəsində də əlaqələrini genişləndirməlidir: "Biz elmi və icra bacarıqlarına malikik. Müxtəlif sahələrdə hüquqi sənədlər imzalamaqla maliyyə sahəsində ideyalar irəli sürə bilərik. Biz, həmçinin modern və daha fərqli, rahat gömrüyə malik ola bilərik".
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB