Ötən il ərzində Azərbaycan Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinə 300-dək müraciət daxil olub

Ötən il ərzində Azərbaycan Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinə 300-dək müraciət daxil olub

Ötən il ərzində Azərbaycan Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinə (QKDK) səhmdarların hüquqlarının pozulması ilə bağlı 300-dək müraciət daxil olub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında QKDK-nın sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, daxil olan müraciətlər əsasən QKDK tərəfindən müvafiq araşdırmalar aparılıb, Mülki və İnzibati Xətalar Məcəllələrin tələblərinə müvafiq olaraq pozuntulara yol vermiş səhmdar cəmiyyətlərə qarşı cərimə sanksiyaları tətbiq edilib, xəbərdarlıq olunub və digər müvafiq təsir tədbirləri görülüb: "Hazırda ölkədə 1 700-ə yaxın səhmdar cəmiyyəti fəaliyyət göstərir. Buna baxmayaraq, bizim əsas məqsədimiz hər hansısa bir cəza tətbiqi deyil, pozulmuş hüquqların təmin olunmasıdır".

 

R. Aslanlı həmçinin bildirib ki, Kkomitəyə daxil olan müraciətlərin əksəriyyəti səhmdar cəmiyyətlər tərəfindən məlumat və hesabatlığın müvafiq qaydada təqdim edilməməsi və dividentlərin düzgün bölüşdürüb ödənilməsi kimi hüquqpozmaları ilə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə