“Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.
O qeyd edib ki, bulaq suyunun həyətlərə çəkilməsi yolverilməzdir: “Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB