Kulevi Qara Dəniz Terminalı sahilbərkitmə işlərini davam etdirir
Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda idarə etdiyi Kulevi Qara Dəniz Terminalı neft-qaz sənayesində mövcud olan ən müasir təbiəti mühafizə təcrübəsindən istifadə edir. Bu sahədə terminalın üzərinə düşən fəaliyyət istiqamətlərindən biri sahilbərkitmə işləridir. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, terminalın yerləşdiyi ərazidə dəmir yolu və Kulevi limanının sahil zonası boyunca Rioni çayının sahillərini bərkitməyə ehtiyac var. Bu məqsədlə terminalda yerləşən hidrotexniki qurğuların qasırğa zamanı yaranan dalğalardan mühafizəsi üçün xüsusi beton konstruksiyalardan - tetrapodlardan istifadə edilir. Artıq belə tetrapodlardan 500 ədədi Kulevi terminalında quraşdırılıb.
Qeyd edək ki, tetrapodlar terminala məxsus beton zavodunda istehsal olunur. Rioni çayı sahili boyunca dəmir yolu kənarlarının bərkidilməsi üçün bazalt daşlarından istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB