Bu gün SOCAR Tower-də "SOCAR Media"-nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib. SİA xəbər verir ki, seminarda Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri və media qrumlarının əkdaşları, energetika sahəsində fəal jurnalistlər, habelə Bakı Dövlət Universiteti jurnalistika fakultəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəssislər, ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib.
Seminarda ilk öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, seminarın məqsədlərindən danışıb, tanınmış jurnalistlər və beynəlxalq ekspertlər Sveniya O'Donnel, Ceyms Qavin, Loerens Dor, Caylz Braunu tədbir iştirakçılarına təqdim edib. Sonra iştirakçılara seminarda dinləniləcək məruzələr, müzakirə olunacaq mövzular haqqında məlumat verilib. Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin "Neft-qaz mövzusunda reportajın hazırlanması" adlı təqdimatında, beynəlxalq neft şirkəti nədir və milli neft şirkətlərindən nə ilə fərqlənir, karbohidrogenlərlə bağlı mövzular oxuculara aydın və qısa şəkildə necə izah edilə bilər, neft şirkətlərindən nə soruşulmalıdır, neft və qaz icraçıları, o cümlədən PR ilə məşğul olan şəxslərlə əlaqələri necə inkişaf etdirməli və s. kimi bir sıra məsələlərə toxunub.
İqtisadi-siyasi mövzularda işləyən jurnalist Sveniya O'Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması mövzularından bəhs edən çıxışında reporyajlara inam, onu olduğundan daha yaxşı etmək hissinə müqavimət, adamlara cavab hüququnu vermək, xüsusi mövzuları sadə şəkildə ictimailəşdurmək kimi suallara cavab axtarıb. Son 8 ildə " Social360"-da təbii ehtiyatlar, maliyyə xidmətləri və dövlət sektorları çərçivəsində kompleks onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş Caylz Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, M&S plc-də maliyyə və korporativ PR üzrə direktor vəzifəsin icra etmiş Lourens Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxışlar ediblər. Hər bir seminarın sonunda müzakirələr aparılıb, iştirakçılarïn sualları cavablandırılıb.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB