Novruz yarmarkasında məhsullar bazar qiymətindən xeyli ucuzdur

Novruz yarmarkasında məhsullar bazar qiymətindən xeyli ucuzdur

Paytaxtın Nizami rayonunun Naxçıvanski küçəsi, 74 ünvanında (8-ci kilometr yarmarkası) martın 9-da kənd təsərrüfatı məhsullarının növbəti Novruz yarmarkası təşkil olunub.
SİA xəbər verir ki, səhər saat 9:00-dan açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gələn fermerlər öz rayon sakinlərinə məhsullarını təklif edirlər. Müxtəlif çeşiddə olan məhsullar bazar qiymətindən xeyli ucuzdur. Yarmarkadakı qiymətlərdən razılıq edən alıcılar onlara yaradılan şəraitə görə dövlətimizə öz minnnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka martın 2-dən etibarən şənbə və bazar günləri keçirilir. Martın 16-dan 21-dək isə yarmarkalar hər gün fəaliyyət göstərəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə