Çinin xarici valyuta ehtiyatları ardıcıl 4-cü aydır ki, çoxalmaqda davam edir. Fevralda ehtiyatlar əvvəlki ayla müqayisədə 0,2 faiz (2,3 milyard ABŞ dolları) artaraq, 3,0902 trilyon dollara çatıb. SİA Çin Mərkəzi Bankına istinadla xəbər verir ki, fevralda ölkənin qızıl ehtiyatı da əvvəlki ayla müqayisədə çoxalaraq, 60,26 milyon unsiyaya çatıb. Bu, təxminən 79,5 milyard dollar bərabərdir.
Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB