“ABŞ əleyhinə yeni güc mərkəzi təsis edilib”

“ABŞ əleyhinə yeni güc mərkəzi təsis edilib”

Dünyada yeni güc mərkəzinin bünövrəsi qoyuldu. Çinin Uçjen şəhərində Rusiya-Çin-Hindistan Xİ nazirlərinin görüşü keçirildi. Görüş Çin Xİ naziri Van İnın verdiyi məlumata görə 3 ölkənin liderinin təlimatları əsasında keçirilir və Rusiya-Çin-Hindistan (RÇH) formatı yaradılır. Yeni güc mərkəzini yaratmaqda əsas məqsəd dünyadakı böhranların həllində, aradan qalxmasında aktiv rol oynamaqdır. Bu vaxtadək RF və Çin ikisi birlikdə ABŞ-a qarşı görünür uğurlu koalisiya təşkil edə bilməyiblər. İndi Hindistanı da bura qoşurlar.

Hindistanın qoşulması ilə vəziyyət yeni keyfiyyət mərhələsinə daxil olur. Çünki Hindistan bu vaxtadək ABŞ-ın təsir zonası hesab edilirdi. Hindistan artıq Çin tərəfindən problem yaradılmayacağına dair təminat alır və hər 3 ölkənin bir-biri ilə hərbi, iqtisadi əlaqələri kifayət qədər (hər 3 dövlət üçün) özünü təmin edən vəziyyət yaradacaqdır”.
SİA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransda politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Rusiya ABŞ-a qarşı yeni hücum strategiyasını reallaşdırır: “S.Lavrov D.Trampın KXDR lideri Kim Çen Inla Vyetnamda görüşü ərəfəsində Hanoyda oldu. Çinin Uçjen şəhərində Rusiya-Çin-Hindistan yeni, antiamerikan güc mərkəzi yaratdılar. V.Putin ABŞ-ın “Orta və Yaxın Mənzilli Raketlərin Məhdudlaşdırılması” müqaviləsindən çıxmasına cavab olaraq öz hökumətini bu mövzuda ABŞ-la danışıqlara təşəbbüs göstərməyi qadağan etdi. ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində ciddi dəyişiklik yoxdur. Hərbi cəhətdən ABŞ Rusiyaya qarşı aktivliyini artırıb. Qara dənizə ABŞ və NATO hərbi gəmiləri daxil olur, artıq bu hərbi gəmiləri Rusiya təhlükə kimi qəbul edir və izləyir. Krım üzərində ABŞ-ın hərbi kəşfiyyat təyyarələri bir neçə uçuşlar ediblər. M.Pompeo Rusiyanı Yaxın Şərq regionunda güclənəcəyinə ABŞ-ın imkan verməyəcəyini bildirdi. Eləcə də Pompeo Rusiyanın qazını siyasi silah adlandırdı. Bu onu göstərir ki, ABŞ təkcə Yaxın Şərq regionunda deyil, həm də Aİ məkanında da Rusiyaya qarşı mübarizəsini davam etdirəcəkdir. S.Lavrov Rusiyanın sərhədlərində ABŞ və NATO qoşunlarının hədsiz dərəcədə çox toplanmasını bildirdi. Lavrovun fikrincə, Amerikanın mentor-müəllim kimi öyrətmək metodikası Rusiya tərəfindən qəbul olunmayacaq”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə