Natiq Əliyev: “Nabucco layihəsinin həlli istiqamətində bir neçə çətinliklər var və arzuolunun sürətlə inkişaf etmir” - AÇIQLAMA
Son günlər Avropa ölkələri və Rusiya tərəfindən "Nabucco" layihəsi ətrafında müxtəlif müzakirələr aparılır. Rusiya və digər ölkələrin mütəxəssisləri bu məsələ ilə bağlı müxtəlif bəyanatlar, fikirlər irəli sürür. Azərbaycan üçün də əhəmiyyətli olan "Nabucco" layihəsinin bugünkü vəziyyəti və mövcud problemləri ilə bağlı sualları sənaye və energetika naziri Natiq Əliyev cavablandırıb. O, SİA-ya açıqlamasında bildirib ki, bir müddət öncə Avropa İttifaqı Xəzər regionundan, İran, İraq və Misirdən qazın gətirilməsi məsələsini ortaya qoyub və bunun nəticəsində "Nabucco" layihəsi hazırlanıb. Bu layihənin çox müzakirə olunduğunu deyən nazir vurğulayıb ki, bunun bir neçə çətinlikləri var və arzuolunan sürətlə inkişaf etmir: "Buna görə də yeni layihələr həyata keçirilir. ATGİ-İtaliya-Yunanıstan-Türkiyə birləşməsi, AGRI, SNC-sıxılmış qazın Bolqariyaya ötürülməsi və s. belə xırda layihələr yaradılıb. Bu layihələrın hamısı Avropa İttifaqı üçün hansısa mənada əhəmiyyət kəsb edir. Ona görə Avropa İttifaqı bu gün 11 prioritet layihə təsdiq edib. Bunların arasında "Nabucco" ilə yanaşı digər layihələr də var. Sonradan ayrı-ayrılıqda, rəqabət olmasın deyə layihələrin hamısını "Cənub dəhlizi" adlandırdılar. Burada mümkün qaz ehtiyatları var və bu, dəhliz vasitəsilə Avropaya keçiriləcək. Bu gün "Nabucco"dan söhbət getmir. Ancaq ən prioritet olan da "Nabucco"dur. Çünki, ATGİ layihəsi bütün həcmi 11 milyard kub metrdir. Bunun 3 milyardı Yunanıstan, 8 milyardı isə İtaliya üçündür. Bunlar "Nabucco"ya nisbətən xırda layihələrdir. "Nabucco" layihəsinin həcmi isə 31 milyard kub metr nəzərdə tutulub. Eyni zamanda, burada 45, 60 milyard kub metr kimi artıq rəqəmlərdən də söhbət gedir. Bu bir neçə ildən sonra hansı ehtiyatların əmələ gələcəyindən asılıdır. "Nabucco" layihəsini bunlarla müqayisə etmək olmaz və bu Avropa İttifaqı üçün çox prioritet bir layihədir".
N.Əliyev qeyd edib ki, Joze Manuel Barrozonun Azərbaycana gəlməsi çox böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu Avropa İttifaqının siyasi iradəsini göstərir ki, onlar tərəfindən dəstəklənir. Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın səy göstərdiyini deyən nazir qeyd edib ki, bunun nəticəsində Avropa Komissiyasının sədri "Cənub dəhlizi"ni yaratmaq və "Nabucco" layihəsinə təkan vermək üçün Azərbaycana gəlib. Bu onu göstərir ki, Xəzər regionu, xüsusilə Azərbaycan Avropa İttifaqı üçün çox əhəmiyyətlidir.
"Ancaq bu layihənin həlli istiqamətində çətinliklər, problemlər çoxdur. Çünki bəzi məsələr hələ də aydın deyil. Azərbaycanda elə məsələlər var ki, bunları xarici şirkətlərlə müzakirə etməliyik, Biz bilməliyik ki, ehtiyatlarımız nədir, hansı ildə nə qədər həcmlərimiz olacaq, bunlar necə paylanacaq və s.. Eyni zamanda, bizim infrastrukturumuza yenidən baxılmalıdır. Müəyyənləşməlidir ki, "Cənub dəhlizi"nə Azərbaycandan qazın ötürülməsinin təmin olunması üçün Gürcüstan tərəfindən hansı işlər görülməlidir. Bununla yanaşı Türkyədə çoxlu problemlər var. Hesab edirəm ki, texniki işlər hələ çoxdur. Birinci mərhələdə "Nabucco" layihəsi gəlib Bolqarıstan-Türkiyə sərhəddində dayanır. Türkiyənin ərazisində "Nabucco" məsələsi ikinci mərhələdə həll olunacaq. Birinci mərhələdə onlar yalnız Türkiyə-Bolqarıstan sərhəddində boru kəmərini tikəcəklər. Maliyyə məsələrinə gəlincə, bilməliyik ki, hansı tariflər mövcud olacaq və ölkənin ərazisinə keçmək üçün hansı ödənişlər olmalıdır. Həmçinin hüquqi məsələlər hələ də həll olunmayıb. Bəzi bu məsələlər ortaya çıxdıqca, Azərbaycanla Avropa İttifaqı arasındakı yaradılan İşçi Qrupu bu məsələləri həll etməyə, çətinlikləri aradan qaldırmağa çalışacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB