Astarada sitrus bağlarından 41 min ton məhsul tədarük edilib
Ötən il Astara əhaliyə göstərilən xidmətlərin ümumi dəyəri 204 milyon manat təşkil edib, il ərzində 1900 yeni iş yeri açılıb. SİA-nın məlumatına görə, bu barədə fevralın 6-da Astara Rayon İcra Hakimiyyətində ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda danışılıb. Yığncaqda rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulub.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hesabat məruzəsi dinlənilib. Bildirilib ki, hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Layihə üzrə Astara şəhərində 109 km içməli su şəbəkəsindən bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılmış, rayon Sukanal sahəsi üçün yeni bina tikilərək istifadəyə verilıb
Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisə oktyabrın 15-də Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsinə növbəti səfəri çərçivəsində Astarada bir sıra sosial obyektlərin açılışında iştirak etməsi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü olub. Həmin səfərdən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometr hissəsinin, Astara çayı üzərində körpünün tikintisi məqsədilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.
Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Astara şəhərindəki park-bulvar kompleksinin ərazisi genişləndirilərək 18 hektara çatdırılıb. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Taxtanəkəran-Toradi, Taxtanəkəran-Miki və Ojakəran-Təngərüd avtomobil yolu tikilərək istifadəyə verilib. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisinə, Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Astara şəhərinə 29 kilometr məsafədən çəkilən magistral su kəməri isə gələcəkdə qəsəbə və kəndlərin su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Azərbaycan Respublikasının Prezidentinin çəltikçiliyin, çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqram” larının təsdiq edilməsi haqqında imzaladığı Sərəncamlar qeyd edilən sahələrin inkişafı üçün böyük imkanlar yaradıb. 2018-ci ildə çəltik əkini aparılmış 450 hektar sahədən 1660 ton çəltik yığılmış, məhsuldarlıq 37 sentner olmuşdur. İstehsal edilən çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırılması məqsədilə Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodunun tikintisinə başlanıb.
Rayonda mövcud 192 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 530 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Sevindirici haldır ki, rayonda istehsal edilən çay məhsulu xarici bazarlarda da yerini tapmaqdadır.
Son illər 715 hektarda yeni sitrus meyvə ağacları əkilmiş, meyvə bağlarının ümumi sahəsi 3830 hektara çatdırılmışdır. Bu işlərin görülməsinə 3400 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Sitrus və subtropik meyvə bağlarından 41 min ton məhsul tədarük edilib.
Diqqətə çatdırılıb ki, Astarada aparılan quruculuq işləri rayonda turizmin inkişafı üçün geniş imkanlar açıb. Ötən il rayona gələn turistlərin sayı iki dəfə artıb.
Məruzə və çıxışlarda kənd təsərrüfatında görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən də ətraflı söhbət açılıb, mövcud problemlər müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək 2018-ci ildə respublikada sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.
Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB