Lənkəranda limon yığımına başlanılıb

Lənkəranda limon yığımına başlanılıb

Bir neçə gündür Lənkəranın sitrus bağlarında limon yığımına başlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, yay mövsümüundə havaların quraq keçməsi limon bağlarında məhsuldarlığa təsir etməsə də, məhsulun həcminə təsirsiz ötüşməyib.

Ancaq, bu, sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçılarını bir o qədər də narahat etmir. Bağlarda bol məhsul yetişib.

Məhsul istehsalçıları yetişdirdikləri limonu əsasən yerli və ətraf rayonların, Bakının bazarlarında satışa çıxarırlar.

Xarici ölkələrdən gətirilmiş limonlar yerli məhsulun bazarına təsir etsə də, ancaq fermerlər nikbindirlər. Çünki may ayına qədər ağacda saxlanılan limonun qiyməti yüksələcək.

Hazırda isə bir ədəd limonun qiyməti növündən və həcmindən asılı olaraq 0,20-1 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə