“Pirallahı”da yeni quyu qazılır
Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi "Pirallahı adası – dəniz" yatağındakı 1100 nömrəli özüldə növbəti 4-cü quyunun qazmasına başlayıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Qirməkialtı Lay Dəstəsinə qazılan 1102 nömrəli həmin quyunun layihə dərinliyi 1100 metrdir. 2011-ci ilin mart ayında təhvil verilməsi nəzərdə tutulan quyu "Abşeronneft" NQÇİ tərəfindən istismar olunacaq. Geoloqların hesablamalarına görə, quyudan sutkada 7 ton neft hasil ediləcəyi gözlənilir.

Qeyd edək ki, 1100 nömrəli özüldən ümumilikdə 14 quyunun qazılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə