“Aztelekom” rəsmisi: “Builki işimiz regionlarda genişzolaqlı internetin kütləvi tətbiqinə yönələcək” - AÇIQLAMA
"Aztelekom" İstehsalat Birliyi (İB) üçün 2010-cu ildə ən başlıca nailiyyət şəbəkədə elektronlaşmanı tam başa çatdırmaq, başqa sözlə desək birliyinin şəbəkəsində rəqəmsal uçurumun aradan qaldırılması oldu". Bu sözləri SİA-ya birliyin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov açıqlamasında deyib. O bildirib ki, qurum ötən il elektronlaşmanı yüz faiz yerinə yetirib.
Birliyinin əsas fəaliyyət istiqamətini regionlar təşkil etdiyini xatırladan V.İsmayılov söyləyib ki, qurum Naxçıvan və Bakı istisna olmaq ölkənin bütün regionlarında telefon rabitəsi xidmətləri göstərir: "Bizim əlavə xidmətimiz beynəlxalq rabitə ximətləridir ki, o xidmət də regionlarda təşkil edilir. Ən yeni texnologiyanın tətbiqi, ən mükəmməl infrostruktur yaradılması üçün ilk növbədə kabel magistralı istifadəyə verilir. Bilrisiniz ki, Azərbaycanda Trans-Asia-Avropa (TAE) fiber-optik kabel magistralının tikintisinə 2001-ci ildə başa çatdırılıb. TAE fiber-optik kabel magistralının istismara verilməsindən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətində birbaşa müasir yüksək keyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil etmək mümkün olub. O zaman seqment üzrə ümumi uzunluğu 1079 km olan Bakı-Gürcüstan, Bakı-İran, Bakı-Türkiyə sərhəddi istiqamətlərində kabellər çəkilib. Lakin bu gün bizim şəbəkədə TAE kabel magistrallarının ümumi uzunluğu 5 min km-i keçib. Hansı ki, bu magistrallardan 500 km-ə yaxını təkcə 2010-cu ildə tikilib".
Bundan əlavə 2010-cu ildə həyata keçirilən digər işlər haqqında da məlumat verən V.İsmayılov vurğulayıb ki, ötən il həyata keçirilən layihələrdən biri Elektron Azərbaycan layihəsinin kiçik modeli kimi Elektron Şamaxı pilot layihəsidir.
Onun sözlərinə görə, hətta Şamaxıda yeni nəsil şəbəkə avadanlığı olan NGN avadanlığı da istismara verilib. O qeyd edib ki, daha sonra həmin avadanlıq Sumqayıt, Gəncə şəhərlərində, Abşeron, Kürdəmir, Salyan Göyçay rayonunun telefon şəbəkəsində qurulub: "NGN tipli avadanlıq Aztelekom İstehsal Birliyinin şəbəkəsində 21 faizə çatdırılıb. NGN texnologiyası qurulan şəbəkə istifadəçiləri Azərcell telefon xətti üzərindən ənənəvi rabitə xidmətlərindən başqa, eyni zamanda genişzolaqlı internetdən, IP tv və radioxidmətdən istifadə edə bilirlər".
Yeni ildə qurumun fəaliyyətinin yeni müstəviyə çıxarıldığını dilə gətirən mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda qurum regionlarda genişzolaqlı internet xidmətlərinin təşkili üzərində çalışır: "Bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet var. Lakin onun genişləndirilməsi və daha da kütləviləşməsi üçün 2011-ci ildə müvafiq tədbirlər görüləcək. Builki işimiz regionlarda genişzolaqlı internetin kütləvi tətbiqinə yönələcək".
Nömrə dəyişməyə gəlincə, mətbuat xidmətinin rəhbəri bildirib ki, bu əməliyyat ötən il Sumqayıtda və Gəncədə həyata keçirilib. Onun sözlərinə görə, 2011-ci ildə qurumda qlobal nömrə dəyişmə ehtimalı yoxdur: "Ola bilər ki, tənzimlə ilə əlaqədar hansısa kənddə nömrə dəyişməsi aparılsın. Amma bu prosesin yeni ildə qlobal şəkil alacağını düşünmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB