Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb

Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icra vəziyyəti açıqlanıb. Energetika Nazirliyinin yaydığı hesabata deyilir ki, 2018-ci ilin sonuna “Şahdəniz-2” layihəsi üzrə ilk qazın hasilatı üzrə ümumi işlərin 100 faizi, tammiqyaslı işlənmə üzrə görüləcək işlərin 92,3 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlərin 99,8 faizi, TANAP-ın inşası üzrə işlərin 98,8 faizi, TAP boru kəmərinin tikintisi üzrə işlərin isə 82,4 faizi yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə