Çin Xalq Respublikasının Dövlət Valyuta Nəzarəti İdarəsinin (DVNİ) açıqladığı məlumata görə, 2018-ci il dekabrın sonuna olan vəziyyət göstərir ki, Çinin valyuta ehtiyatları noyabrın sonu ilə müqayisədə 11 milyard dollar, yaxud 0,4 faiz artaraq 3 trilyon 72,7 milyard dollar təşkil edib.
2018-ci ilin dekabrında Çinin ödəmə balansı sabit meylini qoruyub saxlayıb, valyuta bazarında tələb və təklif arasında tarazlıq müşahidə edilib. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bunu ÇXR DVNİ-nin rəsmi nümayəndəsi, böyük iqtisadçı Van Çunyin bildirib.
İlin sonunda digər əsas valyutaların ABŞ dollarına nisbətdə mübadilə məzənnəsi bir qədər artıb, aparıcı ölkələrdə aktivlərin qiyməti bahalaşıb, mübadilə məzənnəsinin konversiyasının, aktivlərin qiymətlərinin və digər amillərin uyğunlaşması ilə əlaqədar olaraq valyuta ehtiyatlarının miqyası bir qədər bərpa olunub. V.Çunyin deyib: “ABŞ dollarının dəyərdən düşməsi və qiymətli kağızların bahalaşması Çinin qızıl-valyuta ehtiyatlarının həcminə təsir göstərib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB