Ötən il ölkəmizdən 196 min 844 ton avtomobil benzini ixrac edilib

Ötən il ölkəmizdən 196 min 844 ton avtomobil benzini ixrac edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin dekabr ayında 22 min 103 ton avtomobil benzini, 96 min 548 ton dizel yanacağı, 9 min 905 ton təyyarə yanacağı, 417 ton soba mazutu ixrac edib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətinən məlumat verilib.
Ümumilikdə, 2010-cu ilin yanvar-dekabr ayları ərzində idarə tərəfindən 196 min 844 ton avtomobil benzini, 1 milyon 533 min 828 ton dizel yanacağı, 114 min 563 ton təyyarə yanacağı, 1361 ton soba mazutu ixrac edilib.

Qeyd edək ki, 2010-cu ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 824,98 dollar, təyyarə yanacağının – 807,79 dollar, dizel yanacağının – 756,93 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 486,30 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə