2019-cu ildə dünya iqtisadiyyatı bir neçə valyuta zonasına bölünəcək EKSPERT RƏYİ

2019-cu ildə dünya iqtisadiyyatı bir neçə valyuta zonasına bölünəcək EKSPERT RƏYİ

“2018-ci ildə dünyada heç bir qlobal müharibə və ya böhran yaşanmasa da, bu bizə 2019-cu ildə də belə olacağını deməyə əsas vermir. Ötən il ticarət müharibələri həqiqətin bir hissəsi oldu və ABŞ-da Federal Ehtiyatların artması qlobal iqtisadiyyat üçün müsbət hal deyil”. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu iqtisadçı ekspert Aleksandr Razuvaev açıqlayıb.

O bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi vəziyyət daha da çətinləşə bilər.

Ekspertin sözlərinə görə, dünyanı qlobal münaqişədən yalnız əsas oyunçular və nüvə silahlarının mövcudluğu qoruyur: “2019-cu il daha da mürəkkəb olmalıdır. Rusiya və dünya iqtisadiyyatı uçurumdan keçəcək. 2008-ci ildən dünyada başlayan qlobal böhran bu il də dünyanı təhdid etməyə davam edəcək. Biz inanırıq ki, ABŞ fond bazarında “köpük” partlayacaq və dünya tənəzzül yaşayacaq. Neft, valyuta, inkişaf etməkdə olan bazarların payı təzyiq altında qalacaq. Dünyada dollarla bağlı qlobal böhran bir neçə valyuta zonasına bölmək üçün hər şansa malikdir. Eyni zamanda, kollektiv Qərb dünya iqtisadiyyatında nəzarət payını itirəcək. Yeni qlobal lider Çin olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə