2019-cu ildə Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq

2019-cu ildə Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq

"Gələn il Bakı -Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

O bildirib ki, tikinti ilə bağlı tender elan edilib: "Prosesin iki il çəkməsi gözlənilir. Orada yeraltı və yerüstü keçidlər, həmçinin piyada keçidləri olacaq".

C.Qurbanov növbəti sürət qatarının Qəbələ və Yalama istiqamətində olacağını diqqətə çatdırıb: "Hazırda orda tikintilər gedir. Qəbələyə çəkilən yolu 2019 -cu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Belə ki, texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə