İrlandiya yardıma ehtiyacı olduğunu etiraf edib

İrlandiya yardıma ehtiyacı olduğunu etiraf edib
İrlandiya Avropa İttifaqı (Aİ) və Beynəlxalq Pul Fondunun (İMF) yardım təkliflərini qəbul etmədiyi dünya ictimaiyyətinə məlumdur. SİA-nın məlumatına görə, heç bir köməyə ehtiyacı olmadığını dəfələrlə dünya ölkələrinə çatdıran İrlandiya artıq yardım paketlərinə ehtiyac hiss etdiyini etiraf edib.

İrlandiyanın maliyyə naziri Brian Lenihan bank sektorundakı problemləri həll etmək üçün xarici köməyə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, bu cür vəziyyətlərdə xarici ölkələrdən kömək almaq normal haldır: "İrlandiyanın əsas problemi bankçılıq sistemindəki borclardan qaynaqlanır. Bu borcların ödənilməsi və bank sisteminin stabilliyini təşkil etmək üçün 60 milyard dollara ehtiyac var. Məhz buna görə də, xarici ölkələrin köməyi İrlandiya üçün çox önəmlidir. Belə hallar istənilən ölkədə baş verə bilər və bu cür vəziyyətlərdə yardım almaq son dərəcə normal haldır".

Bir sıra iqtisadçılar isə İrlandiyanın vəziyyətini yaxşılaşdırmaq üçün yalnız xaricdən gələn yardımlara sığınmağı məqsədəuyğun hesab etmirlər. Onların düşüncələrinə görə, ölkənin daxilində cəmiyyətin gəlirlərini artırmaq, yaşayışı normal səviyyəyə çatdırmaq üçün bəzi tədbirlər görülməlidir.

Qeyd edək kio, Aİ və İMF İrlandiya üçün hazırlanan yardım planının gələn həftə reallaşdırılacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə