Bu il nəqliyyat sektorunda 209,5 milyon ton yük daşınıb

Bu il nəqliyyat sektorunda 209,5 milyon ton yük daşınıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 209,5 milyon ton yük daşınıb. SİA-nın məlumatına görə, 2017-ci ilin müvafiq dövrünə nisbətən yük daşımalarında 1,5 faiz artım müşahidə olunub.

Yüklərin 3,6 faizi dəniz, 6,0 faizi dəmir yolu, 0,1 faizi hava, 65,0 faizi avtomobil nəqliyyatı, 25,3 faizi isə boru kəməri ilə daşınıb. 2018-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 milyard 811,6 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 136,1 milyon ton yük, 1 milyard 597,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 1,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 3,1 faiz, sərnişin dövriyyəsi isə 1,5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə