Qeyri-yaşayış obyektlərinin sayı artıb, qiyməti isə ucuzlaşıb

Qeyri-yaşayış obyektlərinin sayı artıb, qiyməti isə ucuzlaşıb

2010-cu ilin noyabr ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası ötən aya nisbətən azalıb (1,0%).

Noyabr ayı ərzində bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 3,0 % artıb. Bazarda təklif qiymətlərinin nisbi artımına baxmayaraq, tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərib. Ekspozisiya müddətinin artımı müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsini də artırıbdır.

Noyabr ayında Bakı şəhəri üzrə qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3%, ötən rübün müvafiq dövrünə nisbətdə isə 0,4% azalma ilə müşahidə olunub. Ötən aya nisbətdə isə qiymət indeksi 1,1% azalma ilə yadda qalıb.

Ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi dəyişməsi müşahidə olunub. Qeyri-yaşayış sahələrinin satış qiymətində 1.1% azalma, icarə qiymətində isə 0.4% qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) ötən ayda qeydə alınan 2958 ABŞ dollarından 2925 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0.4% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətlərinin ötən ilin müvafiq dövründə qeydə alınmış nəticə ilə qiymət fərqi 2,2% aşağı olub.

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə, qiymət azalması zonalar üzrə qiymətlərə də təsir göstərib. Ötən aydan fərqli olaraq noyabrda bütün zonalar üzrə qiymət azalması müşahidə olunub.

Zonalar

Noyabr ayı üzrə

orta qiymət

Qiymət

dəyişməsi %-lə

I zona

4870

-0,2

II zona

3482

-0,4

III zona

2153

-0,2

IV zona

791

-0,5

Ay ərzində qeyri-yaşayış sahələri bazarında heç bir rayonda qiymət artımı qeydə alınmayıb.

Noyabr ayı üçün bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2925 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 50,4% paya malik olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə