Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək
Noyabrın 28-də Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək. “Türkmənistan bu gün” dövlət informasiya agentliyi xəbər verir ki, Türkmənistan Prezidenti xüsusi sərəncam imzalayaraq nəqliyyat-kommunikasiya kompleksinin sahəvi nazirlik və idarələrinə, habelə Xarici İşlər Nazirliyinə noyabrın 28-də “Avaza” Milli Turizm Zonasında beynəlxalq nəqliyyat konfransının yüksək təşkilati səviyyədə keçirilməsi barədə tapşırıq verib.
Forumun işində dünyanın bir sıra ölkələrini təmsil edən mütəxəssislərin, o cümlədən nəqliyyat şirkətlərinin, sahəvi nazirlik və idarələrin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etməsi nəzərdə tutulur.
Tədbirdə plenar iclaslar, habelə “Tranzit-nəqliyyat dəhlizlərinin fəaliyyətində dövlətlərarası əməkdaşlığın rolu”, “Tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti”, “İnfrastruktur və nəqliyyat imkanları”, “Multimodal daşımalar və onların dövriyyəsi” seksiyalarının işi planlaşdırılır. Konfrans çərçivəsində sərgi təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB