“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,20 dollar artaraq 72,15 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə