Mərkəzi Bankın təşəbbüsü ilə Qubada geniş regional seminar keçirilib

Mərkəzi Bankın təşəbbüsü ilə Qubada geniş regional seminar keçirilib

Quba şəhərində Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə "Nağd pul tədavülünün təşkili və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə" mövzusunda geniş regional seminar keçirilib.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminar şimal regionunda yerləşən bank filiallarının rəhbərləri və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçib.

Tədbirdə Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev və digər rəhbər işçiləri, eləcə də ölkənin aparıcı bankların nümayəndələri çıxış edib.

Seminar zamanı Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili, ən mütərəqqi beynəlxaq təcrübəyə əsaslanaraq bu sahədə həyata keçirilən islahatlar və quruculuq işləri, nağd pulun regional idarəetmə sistemlərinin təkmilləşdirilməsi, müasir dövrdə saxtakarlıq problemləri və saxta pul çapına qarşı mübarizənin gücləndirilməsi, eləcə də, pul nişanlarının mühafizə elementləri və ekspertizası, banklarda nağd pulun idarə edilməsi və bununla əlaqədar yaranan risklərin tənzimlənməsi, müştəri xidmətləri və kassa əməliyyatlarının səmərəli təşkili və s. mövzularda təqdimat və məruzələr dinlənilib.

Bununla yanaşı, seminarda saxta pul çapına qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, "bank-əhali" əlaqələrinin gücləndirilməsi və bu istiqamətdə təşəbbüslərin artırılmasıyla bağlı fikir mübadiləsi aparılmış, pul nişanları ilə davranış mədəniyyətinin yüksəldilməsi və əhalinin maarifləndirilməsi, elecə də bank sektoru üçün aktual olan digər mövzular da əhatə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə