AMAL layihəsinə ilin sonunadək 2 milyon manat ayrılması nəzərdə tutulub
Layihənin ümumi büdcəsinin bir hissəsi kredit və qrantlardan təşkil olunub və ilin sonunadək 2 milyon manat ayrılması planlaşdırılır. Bu sözləri bu gün Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib. Eyni zamanda Mirzə Əliyev nəzərə çatdırıb ki, “Layihə çərçivəsində yaşıl ideası olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması planlaşdırılır. İllik faiz dərəcəsi isə 5% nəzərdə tutulub”.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB