AMAL gənclərə aqrar sahədə şərait yaradan bir təşəbbüsdür

AMAL gənclərə aqrar sahədə şərait yaradan bir təşəbbüsdür

“AMAL” layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir. Bu sözləri bu gün Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimat mərasimində Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavini eyni zamanda bildirib ki, bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək: “Bu layihə cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da gənclərin iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək. Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş pilot rayonları əhatə edəcək və layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə