“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Türkiyədə “İlin rəqəmsal transformasiyası” mükafatına layiq görülüb. SİA xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilir ki, STEAŞ ən qabaqcıl texnologiya tədbirlərindən olan “SAP NOW İstanbul” çərçivəsində “İlin rəqəmsal transformasiyası” mükafatını qazanıb.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir. STEAŞ 450 milyon dollara başa gələn Türkiyənin İzmir şəhərinin Əliağa rayonundakı konteyner limanını (“Petlim”), 6,3 milyard dollar kapitalla “Petkim” neft-kimya kompleksinin ərazisindəki “Star” neft emalı zavodunu (NEZ) istifadəyə verib. Şirkət Türkiyədə 1,6-2 milyard dollara başa gələcək yeni neft-kimya kompleksi quracaq. SOCAR indiyədək Türkiyəyə 14,5 milyard dollar investisiya yatırıb.
Şirkət Almaniyanın nəhəng “EWE AG” şirkətin törəməsi “EWE Turkey”in səhmlərini almaq üçün də təklif verib. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB