OPEC Əbu-Dabiyə toplaşır

OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası gələn ay 11-də Əbu-Dabidə keçiriləcək. SİA xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, JMMC-nin növbəti görüşü noyabr ayının 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Qeyd edək ki, JMMC-nin X iclası bu il sentyabrın 23-də Əlcəzairdə təşkil olunub. Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılan Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə