Rəqəmsal olaraq da Avrasiyanın mərkəzinə çevrilən AZƏRBAYCAN

Rəqəmsal olaraq da Avrasiyanın mərkəzinə çevrilən AZƏRBAYCAN

“Bildiyiniz kimi Prezident İlham Əliyevin sərəncamı ilə əsasında Azərbaycan dünyada ikinci Rəqəmsal Ticarət Qovşağını yaradan ölkədir. Bu gün biz Rəqəmsal Ticarət Qovşağı vasitəsilə dünyada ilk dəfə mobil rezidentlik təqdim etdik”. SİA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Telekommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, mobil rezidentlik İSESCO-nun baş direktoru Əbdülaziz bin Osman əl-Tüveycriyə təqdim olunub: “Eyni zamanda Azərbaycan dünyada Estoniyadan sonra ikinci dəfə elektron rezidentliyini Avropa İttifaqının səfiri Kestutis Jankauskasa təqdim etdi. Bununla da Azərbaycan innovativ iqtisadiyyat istiqamətində çox böyük uğura imza atmış oldu”.

V. Qasımlı vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurun müəllifi Prezident İlham Əliyevdir: “Çünki məhz Onun tapşırıqları, verdiyi istiqamətlər əsasında Azərbaycan dünyada ilk olaraq Rəqəmsal Ticarət Qovşağı, ilk olaraq mobil rezidentlik və elektron rezidentliyi təqdim edir. Bu həm də onu göstərir ki, Azərbaycan Qərblə Şərqli birləşdirir. Çünki, elektron rezidentlik Avropa İttifaqını, mobil rezidentlik isə İSESCO-nun 56 ölkəni özündə birləşdirən təşkilatlara təqdim edilib”.

Mərkəzin icraçı direktoru qeyd edib ki, əgər əvvəllər Azərbaycan qərbi, şərqi, şimalı, cənubu nəqliyyat, logistika, neft-qaz layihələri ilə birləşdirirdisə, artıq ölkəmizin innovativ, rəqəmsal iqtisadiyyat imkanları da bu istiqamətdə sərf olunur: “ Azərbaycan sözün əsil mənasında, təkcə nəqliyyat, logistika, enerji nöqteyi nəzərdən deyil, həm də rəqəmsal olaraq, Avrasiyanın mərkəzinə çevrilir. Təsadüfi deyil ki, Avrasiyanın ilk Rəqəmsal Ticarət Qovşağı da məhz Azərbaycanda yaradılıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə