Əli Abbasov: “Hazırda ölkədə genişzolaqlı, yüksəksürətli internetə çıxış texnologiyası üçün strategiya hazırlanır” - MÖVQE

Əli Abbasov: “Hazırda ölkədə genişzolaqlı, yüksəksürətli internetə çıxış texnologiyası üçün strategiya hazırlanır” - MÖVQE
İndi ölkədə genişzolaqlı, yüksəksürətli internetə çıxış texnologiyası üçün strategiya hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. O bildirib ki, hazırda bu proses bütün dünyada gedir. Bugün ölkədə yüksəksürətli internet istifadəçilərinin sıxlığının 12% olduğunu deyən nazir vurğulayıb ki, bu dünya səviyyəsindən 2 dəfə çoxdur: "Bizim məqsədimiz informasiya texnologiyalarının daha yüksək inkişafına nail olmaqdır. Biz məqsəd qoymuşuq ki, yaxın zamanlarda bu sürəti artıracağıq. Bu gün Azərbaycanda internetin keyfiyyəti onun sürətlərindən asılıdır. Sürətli və keyfiyyətli internet Azərbaycanın istənilən yaşayış mənqətəsinə verilə bilər. Bu da müəyyən qiymətlərdən asılıdır. Bu gün bizdəki qiymətlər Şərqi Avropa ölkələrındə olan səviyyəyə uyğun gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə