“Günəşli” yatağında 2 quyu təhvil verilib

“Günəşli” yatağında 2 quyu təhvil verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi "Günəşli" yatağındakı 10-cu Dərin Dəniz Özülündə 50 saylı quyuda qazma işlərini başa çatdırıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "28 may" Neft və Qazçıxarma Idarəsinin sifarişi ilə Qirməkialtı Lay Dəstəsinə qazılmış quyunun layihə dərinliyi 3550 metrdir. Quyu 3525 metr dərinlikdən sutkada 120 min kubmetr qaz, 15 ton kondensat hasilatı ilə işləyir. "28 may" NQÇİ-yə təhvil verilmiş 69 nömrəli quyuda da işlər yekunlaşıb. Qala Lay Dəstəsinə qazılmış bu quyunun layihə dərinliyi 3800 metr nəzərdə tutulub. Quyu 3660 metr dərinlikdən sutkada 170 min kubmetr qaz və 26 ton kondensat hasilatı ilə mədənçilərə təhvil verilib.

Qeyd edək ki, "28 May" Neft Və Qazçıxarma Idarəsinin sifarişi ilə hər iki quyunun qazılmasına 2010-cu ilin martında başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə