Əli Məsimli: “Gələn il ölkəmizdə taxıl istehsalı cari illə müqayisədə yarım milyon ton artacaq” - AÇIQLAMA

Əli Məsimli: “Gələn il ölkəmizdə taxıl istehsalı cari illə müqayisədə yarım milyon ton artacaq” - AÇIQLAMA
"Bu gün Azərbaycanda ən kəskin xarakter daşıyan taxıl və taxıl məhsullarıdır ki, 2011-ci ilin avqust ayına qədər həmin məhsulların əlavə dəyər vergisindən (ƏDV) azad olunması məntiqlidir". Bu sözləri SİA-ya Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli açıqlamasında deyib.

O bildirib ki, hökümətin planına əsasən və əldə olunan nəticələr ona əsas verir ki, gələn il ölkəmizdə taxıl istehsalı cari ilə nisbətən artıq olacaq. 2008-ci ildə Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunduğunu xatırladan millət vəkili bildirib ki, cari ildə ölkəmizdə 2 milyon ton ətrafında taxıl istehsal olunub ki, bu da 2008-lə müqayisədə 33 faiz az deməkdir.

Ə.Məsimli söyləyib ki, gələn il ölkəmizdə 2.5 milyon ton taxıl istehsal etmək mümkündür: "Bu rəqəm builki rəqəmlə müqayisədə yarım milyon ton çoxdur. Belə ki, təlabatımızın ödənilməsi üçün əlavə yarım milyon ton taxıl olduğuna görə, taxıla qoyulan əlavə dəyər vergisi yeni məhsula çatana qədərə işlənəcək. Bu proses yeni məhsulun əmələ gəlmə mərhələsində dayanacaq. Arzu edək ki, gələn il üçün nəzərdə tutulan 2.5 milyon ton taxıl istehsalı məlumatı özünü doğrultsun və Azərbaycan gələcəkdə taxıl və taxıl məhsulları ilə daha çox özünü təmin edə bilsin".

Taxıldan başqa hər hansı bir məhsulun ƏDV-dən azad olunması ilə bağlı suala gəlincə, millət vəkili bildirib ki, ölkəmizdə taxıldan başqa elə bir məhsul yoxdur ki, ƏDV-dən azad olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə