Neft şirkətinə tarixi cəza: 853 milyon dollar!

Neft şirkətinə tarixi cəza: 853 milyon dollar!
ABŞ Ədliyyə Nazirliyi Braziliyanın neft şirkəti "Petrobras"ı 853 milyon dollar cərimə edib. Xarici KİV-lərin yazdığına görə, məsələ ilə bağlı ABŞ ədliyyə nazirinin müavini Brayn Benkzkovski məlumat verib: "Petrobras" şirkətinin rəhbər şəxsləri siyasətçi və siyasi partiyalara milyonlarla dollar rüşvət verib, bu məbləği investor və müfəttişlərdən gizlətmək üçün sənədlərdə saxtakarlıq edilib".

Qeyd edək ki, 2015-ci ildə aşkarlanan bəzi faktlara görə, çox sayda millət vəkili, siyasətçi həbs edilmişdi. "Petrobras"ın səhmlərinin böyük hissəsi Braziliya hökümətinə məxsusdur. Şirkət verilən cəriməni ödəyəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com