Neftimizin qiyməti son 4 ildə ilk dəfə - 85 dollar

Neftimizin qiyməti son 4 ildə ilk dəfə - 85 dollar

“Azeri Light”ın bir barreli sonuncu dəfə 2014-cü il noyabrın 6-da 84,59 dollara satılıb

Azərbaycan neftinin qiyməti son 4 ilin maksimumuna yüksəlib. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar bahalaşaraq 84,78 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə