Budapeştdə "Made in Azerbaijan" adlı tədbir keçiriləcək

Budapeştdə "Made in Azerbaijan" adlı tədbir keçiriləcək

Oktyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə "Made in Azerbaijan" adlı ikigünlük işgüzar-mədəni tədbir keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya bildiriblər ki, tədbir zamanı Azərbaycan istehsalı olan malların Avropa, o cümlədən Macarıstan bazarına çıxarılmasına dəstək məqsədilə istehsalçılarımızın macar şirkətlərinin, topdan və pərakəndə satış şəbəkələrinin təmsilçiləri ilə işgüzar görüşlərinin təşkil olunması, məhsulların sərgilənməsi, habelə incəsənət nümayəndələrimizin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə