ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir
ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir. “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.
“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib. ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib. "Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB